Benxi
WWF Azərbaycan İçəri şəhər, Böyük Qala küç.6 Döngə 11,
Turn 11, AZ1001 Bakı, Azərbaycan
(+994) 12 492-25-04
(+994) 12 492-25-09
WHISTLEBLOWING

Biz doğru olanı etmək istəyirik
Ümumdünya təbiəti mühafizə fondunda insanlar fəaliyyətimizin mərkəzində durur.Əməkdaşlarımız, tərəfdaşlarımız və əməkdaşlıq etdiyimiz icmalara hörməti saxlamaq və onların təhlükəsizlik və hüquqlarını təmin etmək təşkilatımızın əsas amalıdır. Bu qaydanın hər hansı şəkildə pozulması haqqında təqib olunma qorxusu olmadan məlumat verilməlidir.Çalışdığımız hər bir insan bunu təhlükəsiz şəkildə etmək imkanına sahib olmalıdır.

Narahatlıqlarınızın bildirilməsi
Xahiş edirik aşağıdakı seçimlərdən birini edin və narahat olduğunuz məsələni bildirmək üçün növbəti addımlara irəliləmək üçün suallara cavab verin. İsmarışınızı göndərdikdən sonra ekranda identifikasiya nömrəsi və şifrə görəcəksiniz. Bu məlumatları təhlükəsiz yerdə saxlayın. Bu dialoq zamanı anonim qalmağı seçə bilərsiniz.

Biz ismarışınızı almağımız haqqında 24 saat ərzində məlumat verəcək və 10 təqvim günü ərzində məsələ haqqında yenilikləri sizə bildirəcəyik.

1- Ümumdünya təbiəti mühafizə fondunun daxili problemləri – Dələduzluq, korrupsiya, diskriminasiya, məlumatların məxfiliyinin pozulması, iş yerində davranış, sağlamlıq və əmək təhlükəsizliyi və s. ilə bağlı narahatlıqlar

2- İcma problemləri – Ümumdünya təbiəti mühafizə fondunun layihələri ilə əlaqədar şikayətlər və s. WWF-in Ekoloji və Sosial Zəmanətlər Çərçivəsi haqqında məlumat almaq üçün www.leopard.az internet saytına nəzər salın

3- İnsan hüquqları ilə bağlı problemlər – WWF əməkdaşları və ya tərəfdaşlarının yol verdiyi pozuntularla bağlı hər hansı ciddi ittihamlar

Unutmayın, işlərin qaydasında getməsini hiss etmirsinizsə, bu haqqda məlumat vermək ən yaxşı çıxış yoludur.

azAZ